İnterpress.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytından verilən məlumata əsasən xəbər verir ki, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 25 m2 olan kafenin mətbəxinin yanar konstruksiyaları və mətbəx əşyaları 8 m2 sahədə yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 12 nəfər bina sakini təxliyə edilib. Kafenin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
İnterpress.az