Keçmiş erməni nazirdən ETİRAFbackend

Keçmiş erməni nazirdən ETİRAF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, sabiq nazir danışıqlar prosesindəki durğunluğa toxunub.

“Apreldən sonra həmsədrlər qarşılarına belə bir məqsəd qoydular: ən əsası yeni döyüşlərin baş verməməsinə çalışmaq. Qeyd etdiyiniz kimi, bunun üçün Vyana və Sankt-Peterburq görüşləri təşkil olundu. Öncədən də elan olunduğu kimi, Sankt-Peterburqda ya da Parisdə sayca 3-cü görüşün keçirilməsi planlaşdırlılmışdı. Əvvəlcə görüş təxirə salındı, sonra isə ümumiyyətlə gündəlikdən çıxarıldı. Başqa bir məqam isə təmas xəttinə elektron avadanlıqların yerləşdirilməsi ilə əlaqəlidir. Artıq bu məsələ də gündəlikdə yoxdur”.

Bununla yanaşı, Şahnazaryan \”aprel döyüşləri\”ndən sonra münaqişənin həllində ciddi irəliləyişin olmadığını da deyib.

“Biz \”aprel döyüşləri\”ndən dərs çıxarmadıq. Nə diplomatik sferada, nə də danışıqlar prosesində ciddi uğurumuz oldu. Açığı Qarabağın gələcəyi ilə bağlı çox bədbin düşünürəm”.

İnterpress.az