İnterpress.az xəbər verir ki, ABŞ-də keçirilən seçkilərdə 6 namizəd iştirak edir. “Azad”, “Yaşıl” və “Konstitusiya” partiyalarının nümayəndələri və eləcə də müstəqil namizədlər.
Bundan əlavə bəzi bölgələrdə seçicilər büllütenə hər hansı bir adı yaza bilərlər, məsələn Miskey Mouses. Doğrudur bu səslər ümümi mənzərəni dəyişməyəcək.
Bəli bu gün seçicilər səs verəcək, yalnız prezidentə yox qondarma seçicilərə.
Kimdir qondarma seçicilər?
Onlar sonunda prezident seçkilərində qalibi müəyyən edəcək dövlət nümayəndələridir. Onların sayı ABŞ-ın müxtəlif bölgələrində fərqlidir – Kaliforniyada-3, Alyaskada – 55 və.s. Ümümi say-538 seçicidən ibarətdir. Bir qayda olaraq onlar göstərişlə səs verirlər.
Qondarma seçicilərin seçki sistemində nə baş verir?
Bu sistemin prinsipi- “udan hər şeyi qazanır”. Məsələn Pensilvaniyada namizəd 10 və ya 5 yox, 20 seçici səsi qazanacaq, o öz rəqibindən minimal dərəcədə geri qala bilər, amma buna baxmayaraq yenə də seçkiləri uduzacaq. Məhz bu sistemlə 2000-ci ildə Corc Buş prezident oldu. O, öz rəqibi El Qoradan 0,5 % geri qalırdı, amma qondarma seçicilər yenə də onu prezident seçdilər.
Kim qalib gələcək – Tramp və ya Klinton?
Rəy sorğuları nəticəsində hələ ki lider Hillari Klintondur, Donald Tramp, minimal fərqlə geri qalır. Çox güman ki, vəziyyət səslərin hesablanması son dəqiqə aydın olacaq. Tramp səs toplamaq üçün ən azı üç ştatın Florida, Pensilvaniya və Ohayo seçicilərin səsini qazanmalıdır.
Nəticələr nə zaman məlum olacaq?
Floridada seçki məntəqələri noyabrın 9-da 03.00 bağlanacaq. Həmçinin Nyu- Qempşirdə, Ohayo, Şimali Karolina və Pensilvaniyada exit-poll nəticələri qeydə alınacaq, 05.00 yerli vaxtla isə seçkilərin nəticələri bəlli olacaq.
Səidə Mustafayeva
İnterpress.az