Trampın Kremlə təcili zəngibackend

Trampın Kremlə təcili zəngi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Demək Tramp prezident olsa? Bu fürsəti əldən qaçırmayaq…
Trampın lider olmağına bir-iki saat qalmış, şaxtalı yanvar ayında Moskvaya- Putinə zəng vurur.

Putin: Donald! Bu nə sürpriz, işlərin necədir? Bir daha təbrik edirəm!

Tramp: Sağ ol Putin. Cadugər həbsxanadadır, bir neçə gündən sonra alova atılıb yandırılacaq.

Putin: Yaxşı edirsən Donald. Ona hələ buda azdır. O bunu layiqdir. Mənim köməyimə ehtiyacın varmı?

Tramp: Vladimir çətin olsa da boynuma alıram, komandamda daxili siyasəti yaxşı bilən adam yoxdur. Sənin yardımına ehtiyacım var.

Putin: Əlbəttə kömək edəcəyəm. Axı biz dostuq.

Tramp: Sən mənim məsləhətçim ola bilərsən? Mən səni milli təhlükəzlik üzrə məsləhətçi təyin etmək istəyirəm.

Putin: Problem yoxdur! Məmnuniyyətlə sənin təklifini qəbul edirəm və səndən bir qəpik də almıram! Əlbəttə sən Moskvada “Tramp Qalası” tikdirə bilərsən və oradan 50% gəlir mənim olar.

Tramp: Problem yoxdur, necə istəyirsən eləcə də olsun. İndi isə əsas məsələyə keçək. Birinci Kuba. Mənə deyiblər ki, bu şeytan neqr, Raul Kastro ilə münasibətləri bərpa edib. Mən bunu dayandırmalıyam.

Putin: Bundan asan nə var ki, mənə Kubanı qaytar və o yenidən Rusiya koloniyası olsun.

Tramp: Vladimir sən doğrudanmı bunu mənim üçün edərsən?

Putin: Təbii. Düşünürəm ki, ikimiz birləşib Ukraynanı, Polşanı, Latviyanı, Estoniyanı qaytaraq, sən buna etiraz etmirsən ki?

Tramp: Heç narahat olma, onlar artıq sənindir.

Putin: NATO qarışmayacaq ki?

Tramp: Əziz Vladimir, NATO sabahdan öz fəaliyyətini dayandırır. Əgər unutmamısansa bu mənim seçkiqabağı verdiyim vədlərdən biri idi. Mən bunu sənin verdiyin məsləhət üzrə etdim. Amma bir çətinliyim var, mənin Meksika sərhəddində 3000 min kilometr məsafəyə çəkmək istədiyim divarın qiyməti düşündüyümdən baha başa gəlir.

Trampın Kremlə təcili zəngi

Putin: Mənim qərarım var. Divarın sponsorluğunu sən prezident seçilərkən Meksikada sığınacaq istəyən həmyerlilərin edə bilər. Amma indi 1962-cı ildə Kennedinin bizə söz verdiyi işə keçək.

Tramp: Kennedi? Sən aktyor Kennedidən danışırsan?

Putin: Yox əzizim, o prezident idi və onu öldürdülər.

Tramp: Aaaaaa yadıma düşdü. Sən Allah məni qorxutma Vladimir, axı bilirsən çox sayda düşmənim var.

Putin: Narahat olma Donald. İstəyirsənsə o qara dərili mühafizəçini işdən çıxart, sənə keyfiyyətli və işini mükəmməl bilən KQB dəstəsi ilə təmin edim.

Tramp: Təşəkkür edirəm, sən necə də düşüncəlisən.

Putin: Əla, indi gəl Kubaya qayıdaq, sənin məsləhətçin olaraq icazə istəyirəm, Rusiya atom nüvələrini adada yerləşdirmək istəyirəm. Təbii ki, biz onları ABŞ-a yox, məhz Meksikaya yönəldəcəyik. Biz Meksika hakimiyyətinə bildirəcəyik ki, əgər ordan ABŞ sərhəddini narkotika satıcısı və ya hansı bir təcavüzkar keçməyə cəhd etsə Meksika yer üzündən silinəcək.

Tramp: Mən bilirdim ki, sən mənim adamımsan Vladimir. Ağıllı fikirdir.

Putin: Suriyaya gəlincə…

Tramp: Həə eşitmişəm Suriya haqqında. Deyəsən Rusiya ilə ümumi sərhəddədi.

Putin: Düzdür. Demək belə, ordunu oradan yığışdır, oranın tarixini belə unut və mənə imkan ver Hələbi və oranın bütün sakinlərini yer üzündən silim.

Tramp: Axı bu mənim terroristlərlə bağlı apardığım gizli əməliyyat idi.

Putin: Yaxşı, yaxşı. Biz onları birlikdə məhv edərik. Amma sonra mənə izacə ver orada hakimliyi özüm edim. Yeri gəlmişkən Əsəddə yerində qalsın.

Donald: Əsəd? O ədəbsiz yerişini-duruşunu bilməyən müsəlman?

Trampın Kremlə təcili zəngi

Putin: Hər nə olursa olsun, o müsəlman mənimdir.

Tramp: Razılaşdıq. Götür onu özünə, sənə təşəkkür edirəm. Hər şeyə görə sağ ol. Amma sənə yenə müraciət edəcəyəm.

Putin: Əlbəttə, narahat olma mən hər zaman sənin yanındayam.

Donald: Vladimir yəqin ki, başa düşürsən ki, bu bizim gözəl dostluğumuzun başlanğıcıdır.

Səidə Mustafayeva
İnterpress.az