Bakıda fəhlələr 11-ci mərtəbədə asılı vəziyyətdə qaldılar – VİDEObackend

Bakıda fəhlələr 11-ci mərtəbədə asılı vəziyyətdə qaldılar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə Xətai rayonu ərazisində, Xudu Məmmədov küçəsindəki 22 saylı binada baş verib.

Hadisə yerinə FHN-in Xüsusi Riskli Xiıasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər. Məlum olub ki, yaşayış binasında asma troslarla divarboyu hərəkət edən platformada dayanaraq, binanın səthini rəngləyən 1973-cü il təvəlüdlü Əzizov Elşən Hüseyn oğlu və 1975-ci il təvəllüdlü Əhmədov Teypur Bəxtiyar oğlu elektrik enerjisinin kəsilməsi üzündən 11-ci mərtəbə səviyyəsində köməksiz vəziyyətdə qalıblar.

Xilasedicilər binanın 12-ci mərtəbəsindəki mənzildən alpinist ləvazimatları ilə platformadakı hər iki fəhləni xilas ediblər. Fəhlələr 12-ci mərtəbədəki mənzilə qaldırılıblar. ( musavat.com )

İnterpress.az