Günün fotoları: üzgün və yorğun demokratlar… – FOTObackend

Günün fotoları: üzgün və yorğun demokratlar… – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu insanların üzlərində hər şey var: məyusluq, üzgünlük, qüssə-kədər, yorğunluq, ümidsizlik və s.
Onlar bir araya sevinmək, çılğınlar kimi səhərə qədər atılıb-düşmək, qələbə sevinci yaşamaq üçün gəlmişdilər.

Ancaq bu kədərli insanlar sürprizlə qarşılaşdılar. Məlum oldu ki, demokratların namizədi Hillari Klinton rəqibi Donald Trampa nəinki əzici üstünlüklə qalib gələ bilmir, hətta mühüm ştatlarda məğlub olur.
İndi bu adamların qələbə ümidi xeyli azalıb, özlərini məğlubiyyətin astanasında hiss edirlər.

Onların bu görüntüsü komandalarının asan qələbə qazanacağına ümid edən futbol azarkeşlərinin oyunun ilk dəqiqələrində doğma komandanın qapısında iki qol görmələrinə bənzəyir.

Düzdür, onların ümidi tamamilə ölməyib. Elə olsaydı, göz yaşları sellənərdi. Bu, hesabda geri düşməyin üzüntüsüdür.
Dünyaya ekssentrik və sürpriz namizəd kimi tanıdılan Tramp ölkə seçicilərinə də, dünya ictimaiyyətinə də sürpriz yaşatmaqda davam edir.
Bu şəkillər respublikaçıların \”fil\”inin demokratların \”eşşəy\”ini tapdaladığı mənzərəsini görüntüsüdür. (musavat)

Günün fotoları: üzgün və yorğun demokratlar... - FOTO

İnterpress.az