Çılğın, qalib respublikaçılar… – FOTObackend

Çılğın, qalib respublikaçılar… – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daha dünənə qədər onların qələbəyə inamı, özləri demişkən, \”fifti-fifti\” (50:50) idi. Bu gün isə artıq seçkilərin nəticələri bəlli olub və Donald Tramp Hillari Klintondan azı 30 superseçici səsi qədər irəlidədir.

İnterpress.az xəbər verir ki, indi Tramp ABŞ prezidenti kürsüsünün 1 addımlığındadır. İki aydan sonra o, vəzifəsinin icrasına başlaya bilər.

Ona görə də Respublikaçılar partiyasının üzvləri, tərəfdarları sevinir, küçələrdə qol götürüb oynayırlar.

Bu seçki kampaniyasında şəkillərdə gördüyünüz sevinən adamlar çox məyusluq yaşamışdılar – Tramp debatlarda xanım Klintona uduzanda, Trampın barəsində cinsi sapıqlıq ittihamları səslənəndə, qadınlar mediada onun üzünə duranda, Trampın sözləri təhrif ediləndə və s.

İndi bütün dərd-möhnətlər geridədir. Bütün hücumlara, gözdənsalmlara rəğmən Tramp ABŞ prezidenti seçilib.
Bu adamların çoxu Tramp adminitrasiyasında təmsil olunmayacaqlar. Bu, sadəcə, tərəfdar, fanat sevincidir. (musavat)

Çılğın, qalib respublikaçılar... - FOTO

Çılğın, qalib respublikaçılar... - FOTO

Çılğın, qalib respublikaçılar... - FOTO

Çılğın, qalib respublikaçılar... - FOTO

Çılğın, qalib respublikaçılar... - FOTO

İnterpress.az