Merkel Türkiyəni tənqid etdibackend

Merkel Türkiyəni tənqid etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Almaniyanın baş naziri Angela Merkel, HDP və “Cumhuriyet” qəzetilə bağlı hadisələrdən sonra Türkiyədə əsas azadlıqlarla bağlı həyəcan siqnalları aldıqlarını bildirib.

“DW Türkçe” kanalının xəbərinə əsasən, Angela Merkel Türkiyədə əsas azadlıqların qorunması ilə bağlı çağırışlar edərək deyib: “Xüsusən insanların siyasi sığınacaq üçün müraciət etmək məcburiyyətində qalmamaları və Türkiyədə əsas azadlıqların qorunması üçün siyasi səylərimiz davam edir”.

Angela Merkellə görüşdə iştirak edən Norveçin baş naziri Solberq Türkiyənin, insanların sığınacaq üçün müraciət etmək məcburiyyətində qalan ölkəyə çevrilə biləcəyini qeyd edib. Solberq son 20 il ərzində türk və kürdlərin Norveçdə sığınacaq üçün müraciət etdiklərini və həmin müraciətlərin qəbul edildiyini fikirlərinə əlavə edib.

İnterpress.az