İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, verilişə keçmiş punkçu, sonradan İslamı mənimsəmiş, İsveçrə İslam Mərkəzi Şurası “Qadın Qolları” icraçısı Nora İlli də iştirak edib. Lakin, Nora proqrama çarşabda qatılıb. İllinin bu şəkildə proqrama çıxmasına bəzi təşkilatlardan sərt reaksiya gəlib, çıxışından sonra isə vəziyyət daha da dərinləşib.
Bazar axşamından bəri Anne Will ictimai mediada və mətbuatda sərt tənqidə məruz qalıb.
O, DAEŞ təbliğatı etməklə günahlandırılır.
Nora İlli, gənclərin radikallaşmasına səbəb olaraq dünyada İslamın təzyiq altında olmasını bildirib. Mətbuatda və ictimai mediada, Nora İlli dövlət televiziyasında açıq aydın DEAŞ təbliğatı etməklə günahlandırılılıb.
İnterpress.az