Bir ailə faciəsi-20 günün əsgəri öldü, ardınca da anası-ÖZƏLbackend

Bir ailə faciəsi-20 günün əsgəri öldü, ardınca da anası-ÖZƏL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın əməkdaşı 20 gün əvvəl əsgər getmiş və dəqiq olmayan səbəbdən dünyasını dəyişmiş Nadir Süleymanovun evində olub. Mərhumun atası Pərviz Süleymanov bildirib ki, oğlu sağlam olub:

\”Öz ayağı ilə Gəncə şəhər Mərkəzi Kiliniki Xəstəxanaya noyabr ayının 4-də gedib. Həkimlər ona pnevmaniya diaqnozu qoyublar. Sonra vəziyyəti pisləşib. Bizə zəng elədilər. Biz də durub Gəncəyə getdik. Biz gedəndə artıq komada idi. Oğlum noyabrın 5-də, saat 6 radələrində dünyasını dəyişdi. Dünən 3 mərasimi idi. Anası dedi dözməycəm üçündə də mən də dünyamı dəyişəcəm. Elə dediyi kimi də oldu. Həyat yoldaşım Gülbahar Süleymanova dünən səhər saat 11-də ürəyi partladı. İndi hadisə ilə bağlı istintaq aparılır. Oğlum sağlam idi. Sadəcə çiynində çıxıq olduğuna görə 20 yaşında əsgər gedib. Belə heç bir problemi yox idi. Üç gün əvvəl mənlə danışdı. Dedi ki, bəs Andiçmə mərasiminə gələrsiz. Goranboyda N saylı hərbi hissəyə xidmət üçün yollanmışdır. Hər şey yaxşı idi. Birdən nə oldu anlamadım. Oğlumun ali təhsili yox idi. Elə orta məktəbi bitirib hərbi hissəyə yollanmışdır. Nə olduğunu bilmirəm. Mən Zakir Həsənovun da qəbuluna gedəcəm. Hazırda dediyim kimi Bakı şəhər Prokurorluğu istintaq aparır”, – deyə əsgərin atası bildirib.

Qeyd edək ki, 1996 cil təvəllüdlü Nadir Pərviz oğlu Süleymanov ailənin tək övladı olub.

Bir ailə faciəsi-20 günün əsgəri öldü, ardınca da anası-ÖZƏL

Bir ailə faciəsi-20 günün əsgəri öldü, ardınca da anası-ÖZƏL

Gülşanə Mustafayeva
İnterpress.az