“Klintonun məğlubiyyəti Putinin qələbəsidir”backend

“Klintonun məğlubiyyəti Putinin qələbəsidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Milli Məclisin deputatı Zahid Oruc ABŞ-da keçirilən prezident seçkilərinin nəticələrini şərh edərkən deyib.

Onun sözlərinə görə, bir il altı ay davam edən seçki kampaniyasında baş verən bütün fatal hadisələrə baxmayaraq, Tramp ona qarşı işləyən dövlət maşınını məğlub etdi: “Lakin onun rəqiblərinin Hitler adlandırdıqları Putinin marionet təmsilçisi kimi Amerika seçkilərinə qatılan Trampı aşağılamaq istəmələri nəticə vermədi. Deməli, dünyada Trampa qarşı rəsmi Ağ Evin və Klinton komandasının təbliğatı özünə böyük tərəfdarlar qazanmadı. Nəticədə, Rusiyada və dünyanın onlarla ölkəsində rəy sorğularında öndə olan şəxs qalib gəldi. Bunu Putinin qələbəsi adlandırmağın əleyhinə olanlar yenə də ABŞ sisteminin insan faktorundan asılı olmadığı arqumentini irəli sürəcəklər. Lakin reallıq bununla dəyişməyəcək-Putinə nifrət Amerikada qalib gəlmədi. Hər iki Obama bütün dövlət resurslarını rəqiblərinin əleyhinə çevirəsələr də, hətta az qala Federal Kəşfiyyat Bürosunun rəhbəri Kameyi Rusiyanın xeyrinə casusluqda günahlandırsalar da, Putinin Ağ Ev üzərindəki kölgəsini yox edə bilmədilər. Kiberhücumlar Moskvanın qələbəsinə səbəb oldu”.

Z.Oruc qeyd edib ki, Şərqdən Qafqaza, Afrikadan Asiyaya qədər böyük bir məkanda baş verən fəlakətlərin durdurulmasını yaxın gələcək göstərcək: “Lakin Amerikada siyasi zəlzələlər törədiləndə dünyada nizamın pozulmadığı dəfələrlə üzə çıxıb. Tramp kimin taleyini təkrarlayacaq-Reyqanın, Buşun, yoxsa Kennedinin? Amerika xalqının hüzur və əminamanlığını istəyən hər kəs yeni prezidentdən təmsil etdiyi dövlətin ədaləti və sülhü simvolizə etməsini arzulayır. Seçkilərdə bütün namizədlərə nifrətini və hiddətini ifadə edən milyonlarla insanıın üzərinə dünyadakı antiamerikanistləri də gəlsək,Trampın qlobal missiyasını anlamaq o qədər də çətin olmayacaq.

Amerika təkcə amerikalıların deyil.Tramp yalnız bir ölkəni təmsil etmir. Ona görə də seçki qələbəsini idarəçilikdə doğrultmaq hələ zaman tələb edir”.

Deputatın fikrincə, inaqurasiyada and içəndən sonra yeni prezidentin çiyinlərinə düşən yük onu dünyanın gözü qarşısında büsbütün dəyişəcək: “Bax onda, seçki çıxışlarını çoxları xatırlamayacaq. Trampın 6 milyard kapitala malik olması məşhur aforizmin əbədiyaşar gücünü göstərir-qızıl kimdədirsə, qızıl qanun da ondadır”. ( aznews.az )

İnterpress.az