İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Netanyahu Amerikadan səmərəli ikitərəfli əməkdaşlıq gözləyir.
“Prezident Tramp İsrailin əsl dostudur və mən ondan ikitərəfli və səmərəli əməkdaşlıq gözləyirəm. Mən ümid edirəm ki ölkəmizdə bu əməkdaşlıq sayəsində stabillik, sülh, əmin-amanlıq və təhlükəsizlik hökm sürəcək. ABŞ və İsrail arasında münasibətlər qarşılıqlı maraqlar və ümumi taleyə dayanır. Əminəm ki, Trampla birgə ölkələrimiz arasında unikal alyansın inkişafına nail olacaq və onu daha da yüksək səviyyəyə qaldıracağıq” – deyə, İsrailin prezidenti bildirib.
İnterpress.az