İki nəfər naməlum şəxs motoskiletlə diplomatik korpusun binası önündən keçərkən əl qumabrasını səfirliyinin mühafizəçilərinin üstünə atıb. Qumbara partlayıb, səfirliyin mühafizəçisi yaralanıb.
Fransa səfirliyi Afinanın mərkəzində, parlamentə 10 metrlik məsafədə yerləşir. Səfirliyin və parlamentin yerləşdiyi bina dərhal hüquq-mühafizə orqanları tərəfindən mühasirəyə alınıb. Küçədə nəqliyyatın hərəkəti dəyandırılıb. Hazırda hadisəylə bağlı araşdırma aparılır. ( aznews.az )
İnterpress.az