İnterpress.az saytı Hillari Klintonun məğlubiyyətindən sonra çıxışını təqdim edir:
“Dünən mən Donald Trampı təbrik etdim və ona birgə əməkdaşlıq etməyi təklif etdim. Bu bizim ölkəmiz üçün çox vacibdir. Düşünürəm ki, o layiqli prezident olacaq. Düzdür çox əfsuslar olsun ki, nəticələr məni qane etmədi, çox heyif ki, biz qalib gəlmədik. Lakin mən seçicilərimlə və qürur verici kompaniyamla fəxr edirəm. Bu kompaniya həddindən artıq kreativ və enerjili idi. Siz məni namizəd seçmişdiniz, bu mənim üçün böyük şərəf idi.
Bəli, bilirəm siz çox məyus oldunuz, sizinlə bərabər məndə kədərləndim.
Milyonlarca amerikalı bizə güvənmişdi, bizə arxayın idi. Bu mənim üçün çox ağırdır və bu kədər hələ çox davam edəcək. Amma unutmayın, bizim kompaniya tək bir nəfər üçün yox, bütün ölkəmiz üçün fəaliyyət göstərirdi. Biz ölkəmizi çox sevirik. Biz inklüziv və ümiddolu Amerika yaratmaq istəyirik. Bizim dövlətimiz bölünüb və bu bölgü düşündüyümüzdən də dərindir. Lakin, mən Amerikaya inanıram və hər zaman inanacağam. Əgər sizdə mənim kimi Amerikanın gələcəyini düşünürsünüzsə, o zaman nəticələri qəbul etməlisiniz və tam olaraq gələcəyə istiqamət tutmalısınız. Donald Tramp bizim prezidentimiz olacaq, gəlin Trampı dinləyək və ölkəmizi idarə etmək üçün bir şans verək.
Bizim konstitusiyamız demokratiya və dinc hakimiyyətə əsaslanır. Biz buna yalnız hörmətlə yanaşmırıq, biz bunu əzizləyirik və yaşadırıq.
Həmçinin konstitusiyamızda başqa qanunlar da qeyd olunub: qanunun aliliyi, hüquq və ləyaqət qarşısında bərabərliyimiz. Biz bu dəyərləri nəinki yaşatmalıyıq, həmçinin qoruyub saxlamalıyıq. Qeyd edim ki, konstitusiyamız bizim fəal olmağımızı tələb edir. Gəlin iqtisadiyyatımız üçün əlimizdən gələn hər nə yaxşı şey varsa onu edək, onu ucaldaq.
Gəlin ölkəmizi və planetimizi birgə müdafiə edək. Bütün maneələri, bariyerləri dəf edək, o qədər istəyirəm ki, amerikalılar arzularına sahib çıxsınlar. Biz inanırıq ki, bu arzu bütün mühacirlərə, kişilərə, qadınlara, dinindən, əqidəsindən asılı olmayan yer üzündə bütün insanlara şamil olmalıdır. Bizim borcumuz hər zamankı kimi ədalətli Amerika qurmaqdır. Mən əminəm ki, siz bunlara riayyət edəcəksiniz. Mən sizə minnətdaram , bax bu gün sizin qarşınızda dayandığım üçün Tim Keynə və Enneye təşəkkür edirəm. Onlar mənim yanımda idilər. Onlarla tanış olduğum üçün çox məmnunam. Mən bilirəm ki, Tim demokratiya uğrunda hər zaman mübarizə aparacaq, axı o bizim partiyanı Virdjiniya senatorluğundan təmsil edəcək.
Barak və Mişel Obamaya təşəkkür edirəm. Bütün dünya sizə təşəkkür edir. Mənim sizə olan sevgim dillə ifadə edilə bilməz.
Əziz mənə dəstək verənlər, siz bizim kompaniya üçün canınızı verdiniz, sizin cəsarətinizə, təmkinli olmağınıza, bu qədər enerjili və həddindən artıq səy göstərməyinizə heyran qaldım. Baş əyirəm qarşınızda. Demək istəyirəm ki, siz yer üzünün ən layiqli seçiciləri idiniz. Hər şeyə görə minnətdaram!\”
Səidə Mustafayeva
İnterpress.az