“Məsuliyyət BP şirkətinin üzərinə düşür”backend

“Məsuliyyət BP şirkətinin üzərinə düşür”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Neftçiləin Hüquqlarının Müdafiə Təşkilatı ictimai birliyinin rəhbəri Mirvari Qəhrəmanlı bildirib. O, qeyd edib ki, faciənin üstündən 3 gün keçməsinə baxmayaraq, BP şirkəti hansı səbəbdən və şəraitdə işçinin itkin düşdüyü haqda ictimaiyyətə məlumat vermək istəmir:

“Podratçı şirkət işçisi üçün də təhlükəsiz iş şəraitinin yaradılması BP tərəfindən təmin olunmalıdır. Zəhmət çəkib, itkin düşənin adı, soyadı, vəzifəsi, nəyə görə itkin düşməsi haqda məlumatı ictimaiyyətə açıqlasınlar. Nə vaxtdan belə məlumatlar məxfi sayılır?”

Noyabrın 8-də Xəzər dənizində Dərinsulu Günəşli (DSG) platformasındakı qazma podratçısının bir işçisi itkin düşüb. BP axtarış işlərinə 2 gəmi, 3 helikopterin cəlb edildiyini açıqlayıb.

İnterpress.az