Bunu AzNews.az-a açıqlamasında BP şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib.
“Cavab tədbirləri davam edir. Biz hökumət qurumları, müvafiq hüquq-mühafizə orqanları və itmiş şəxsin işçisi olduğu qazma podratçısı şirkəti ilə sıx işləməkdə davam edirik.” – deyə Tamam Bayatlı qeyd edib.
Noyabrın 8-də Xəzər dənizində Dərinsulu Günəşli (DSG) platformasındakı qazma podratçısının bir işçisi itkin düşüb. BP axtarış işlərinə 2 gəmi, 3 helikopterin cəlb edildiyini açıqlayıb.
İnterpress.az