İsmayıllıda intensiv kartofçuluq təsərrüfatı yaradılıbbackend

İsmayıllıda intensiv kartofçuluq təsərrüfatı yaradılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlikdən İnterpress.az– a verilən məlumata görə, 80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində İsmayıllı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan intensiv bağçılıq, tərəvəzçilik, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, pendir istehsalı müəssisəsinin və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, cari ilin ötən dövründə fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 2 min 32 investisiya layihəsinin maliyyələşdirilməsinə 134 mln. manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşdırılması 6 200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1 800-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 67,5 mln. manat güzəştli kredit verilib.

İşgüzar forum çərçivəsində Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən 37 sahibkara 2,2 mln. manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, intensiv kartofçuluq, bağçılıq, logistika mərkəzinin tikintisi və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 60-dan çox yeni iş yerinin açılması mümkün olacaq.

Forum çərçivəsində İsmayıllı rayonunda güzəştli kredit ayrılmış intensiv kartofçuluq təsərrüfatına, logistik mərkəzin tikintisinə baxış keçirilib.

İnterpress.az