Teleradio yayımı dövlət təhlükəsizliyinin tərkib hissəsi olacaqbackend

Teleradio yayımı dövlət təhlükəsizliyinin tərkib hissəsi olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-– a Milli Məclisdən məlumat verilib.

Məlumata görə, “Lisenziyalar və icazələr haqqında” qanuna təklif olunan 1 və 2 nömrəli əlavələrində dəyişiklik olacaq.

Belə ki, bu dəyişikliklə Azərbaycanda teleradio yayımı fəaliyyəti dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar xüsusi icazə tələb olunan fəaliyyət növü sayılacaq.

Layihəyə görə, qanunun 1 nömrəli əlavəsindən (Lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı) 7-ci (Teleradio yayımı fəaliyyəti) maddəsi çıxarılır.

Eyni adlı maddə 5-ci maddə kimi qanunun 2 nömrəli əlavəsinə (Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı) daxil olunur.

Layihə parlamentin sabahkı plenar iclasına tövsiyə olunub.

İnterpress.az-