Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən İnterpress.az – a verilən məlumata görə, nazir \”Qarabağ: tarix və irs\” mövzusunda beynəlxalq elmi kKonfransın təşkilinə və iştiraka görə qonağa təşəkkürünü bildirərək tədbirin Qarabağ irsinin dünyada tanıdılması baxımından əhəmiyyətini vurğulayıb. Eyni zamanda, gələcəkdə də belə tədbirlərin keçirilməsində birgə əməkdaşlığı yüksək qiymətləndirib.
İRCİCA-nın baş direktoru Halit Eren növbəti ildə təşkilatın baş qərargahında Qarabağ irsinin təbliği ilə bağlı tədbirlərin keçirilməsini və alimlərin iştirakı ilə elmi müzakirələrin aparılmasını təklif edib. Nazir 2017-ci ildə keçiriləcək İslam Həmrəyliyi Oyunlarına qonağı dəvət edərək bildirib ki, oyunlar zamanı Bakıda xüsusi mədəniyyət proqramının da hazırlanması planlaşdırılır.
İnterpress.az