NİDA-çının həbsindən apelyasiya şikayəti verildibackend

NİDA-çının həbsindən apelyasiya şikayəti verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu haqda Modern.az-a məlumat verən vəkil E.Sadıqov deyib ki, şikayət məhkəməyə təqim edilib:

“Qiyas İbrahimovun 10 il azadlıqdan məhrum edilməsi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli hökmündən 25 səhifəlik apelyasiya şikayətimi Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim etdim”.

Hüquqşünas Qiyas İbrahimova bəraət verilməsini tələb edib.

Q.İbrahimov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

İnterpress.az