İnterpress.az xəbər verir ki, xəsarət almış piyadalardan biri hadisə yerində keçinib. Digər yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına gətirildikdən sonra məlum olub ki, o, Şirvan şəhərində qeydiyyatda olan, Salyan şəhərindəki mağazalardan birində satıcı işləyən 53 yaşlı Gülbəniz Nüsrət qızı Camalovadır.
G.Camalova təpə nahiyəsindən əzilmiş xəsarət alıb və sol körpücük sümüyü sınıb.
Hələlik piyadaların vurulması nəticəsində hadisə yerində həlak olmuş qadının şəxsiyyəti və piyadaların hansı avtomaşın tərəfindən vurulması dəqiqləşdirilir. Dünyasını dəyişmiş piyadanın Neftçala rayonuun Qaraimanlı kənd sakini olduğu deyilir.
Faktla bağlı DYP-də cinayət işi qaldırılıb, araşdırma aparılır. (virtualaz.org)
İnterpress.az