Bakıda körpə doğuş zamanı ölübbackend

Bakıda körpə doğuş zamanı ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Nəsimi rayon Polis İdarəsindən Apa-ya verilən məlumata görə, hadisə Rəsul Rza küçəsində yerləşən “İnternational Medical Centre”də qeydə alınıb.

Oraya doğuş üçün müraciət edən qadının doğuş zamanı körpəsi ölüb.
Məlumata görə, bu, qadının ilk hamiləliyi olub.
Adı açıqlanmayan qadının vəziyyətinin isə normal olduğu bildirilir. Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.
Hadisənin baş verdiyi “İnternational Medical Centre”dən bildirilib ki, ölən uşağın ciyərlərində problem olub.

Qeyd olunub ki, ötən gün axşam saatlarında 1992-ci il təvəllüdlü Nərgiz Axundova doğuş üçün klinikaya müraciət edib. Doğuş cərrahi müdaxilə olmadan təbii üsulla həyata keçirilib. Həkimlərin səyinə baxmayaraq körpə doğuş vaxtı ölüb. İlkin ehtimala görə, ölümə körpənin ciyərinin açılmaması səbəb olub.
Klinikadan həmçinin bildirilib ki, hazırda hadisə ilə bağlı Nəsimi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

İnterpress.az