Əli Kərimlidən Trampa “husband” (ər) sataşmasıbackend

Əli Kərimlidən Trampa “husband” (ər) sataşması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ser hamını çaşdırdı – birini az, birini çox. Əli bəy daha çox çaşanlardandır. Çünki o, xanım Klintonun prezident seçiləcəyinə o qədər ürəkdən inanırmış ki, təbrik məktubunu öncədən hazırlayıb. Hətta o məktubun içində xanımın \”husband\” (yəni ərinin) ünvanına da xoş sözlər ünvanlanıb.

Ancaq deyir, sən saydığını say, gör amerikalı seçicilər nə sayır. Onlar da götürüb Trampı prezident seçiblər. Bu yerdə gərək AXCP sədri məktubu başdan-başa yeniləyəydi. Amma ya ərincəklik olub, ya əl altında ingilsicə məktub yazan tərcüməçi olmayıb, ya da fikirləşiblər ki, nə fərqi var, Hillari olmasın, Donald olsun, ad-soyadı dəyişərik, iş biər.

Elə də ediblər. Amma detallar var axı. İlk böyük detal odur ki, Tramp, məktubda qeyd olunduğu kimi Demokratlar partiyasının namizəd deyil, respublikaçıların namizədidir. İkincisi, onun \”husband\”ı (yəni əri) yoxdur, özü ərdir və maşallah, bütün Amerika xalqı hazırda onun arvadlarının siyahısını tutur.

Dünya hegemonu olan ölkənin birinci şəxsinə \”əriniz\” deyə müraciət etmək gerçəkdən də böyük nöqsandır, tanış-biliş elə bilər ki, Tramp gizli geydir və AXCP sədri necəsə bunu bilib və ona eyham edib.

Əlbəttə ki, ortada qəsdlə sataşma, məzələnmə kimi bir şey yoxdur, sadəcə, cəbhəçilər xeyli çaşıblar və hamıdan qabağa düşmək ehtirası ilə tələsiblər, nəticədə belə bir biabırçılıq olub.

Heç 1991-ci ildə Ayaz Mütəllibovun 2 gündən sonra devriləcək QKÇP-ni təbrik edərək, Qorbaçovun gözündən düşməsi müsibəti də belə olmamışdı. ( musavat.com )

(Sözügedən təbrikin fotosurətini hüquqşünas Mehman Muradlı yayıb).

Əli Kərimlidən Trampa "husband" (ər) sataşması

İnterpress.az