İnterpress.az xəbər verir ki, hadisədən sonra bütün heyvansevərlər Yelena Simakinanı tənqid atəşinə tutub və siğınacağa üz tutublar. Olanlardan təsirlənən sığınacağın könüllü idarəçisi Yelana Simakina İnterpress.az-a olanların həqiqət olmadığını bildirdi. Daha sonra problemlə bağlı Minval.az-a açıqlama verib. Verdiyi müsahibəsində digər hüquq müdafiəçisi Mənsurə Rəsulzadəni şəffaf olmayan fəaliyyətlə ittiham edib.
İttihamında bildirir ki, mən əhalinin diqqətinə çatdırmaq istəyirəm ki, məhz Mənsurə Rəsulzadə “Alyans” ictimai hərəkatının rəhbəri kimi heyvanlara xeyriyyə yardımları hesabına özünə heç də pis şərait qurmayıb:
\”Məsələ ondadır ki, 2011-ci ildə ona Maştağa qəsəbəsində 2 hektar torpaq ayrılıb. Həmin ərazidə o, sahibsiz itlər üçün sığınacaq tikməyi vəd eləmişdi. Bundan ötrü vəsait əldə eləmək üçün o, xeyriyyə bazarı təşkil elədi. Əldə olunan gəlir məhz sığınacağın qurulmasına yönəldilməli idi. Əslində isə heç bir sığınacaq yoxdur, ərazi də harasa yoxa çıxıb\”.
İttihama cavab olaraq Mənsurə Rəsulzadə İnterpress.az-a bildirib ki, mən elə həyat yaşamamışam ki, belə ittihamlara görə izahat verməli olum, bu mənim üçün daha ağır təhqir olar. Həm də izahat vermək üçün aidiyyati orqanlara əks tərəf dəvət ediləcəkdir. Yelenanin hoqqalarından haminin xəbəri var. Ona qarşı kollektiv qayda da şikayət tərkibli ərizələr yüksək rəhbər orqanlarına 22.10.16 tarixində təqdim olunmuşdur. Hazırda onun tərəfində olan ittihamlar isə növbəti dəfə daha ağır qanun pozuntusu, daha doğrusu cinayət tərkibli əməldir. Məlumat üçün Yelena Simakina və onu dəstəkləyən xəbər portallarına bildirirəm ki, Cinayət Məcəlləsindən çıxarış: Maddə 147. Böhtan, 147.1. Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma – şərti maliyyə vahidi məbləğinin yüz mislindən beş yüz mislinədək miqdarda cərimə ilə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır:
“147.2. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma – iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddə 148. Təhqir Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma – şərti maliyyə vahidi məbləğinin üç yüz mislindən min mislinədək miqdarda cərimə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”, – deyə hüquq müdafiəçisi bildirib.
Xatırladaq ki, Balaxanı Heyvan Sığınacağında heyvanlara aclıqdan ölüblər. Ölən heyvanın nəşini isə digər heyvanlar yeyir.
İnterpess.az