Daha sonra müfəssəl planda yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun parklar nəzərdə tutulması da dəyişiklikdə yeralıb.
Qeyd edək ki, bundan əvvəl yaşıllıqla təmin edilmə normasına uyğunluq qeyd olunmamışdı.
Eyni zamanda, tikinti fəaliyyətinin ətraf mühitin mühafizəsi tələblərinə uyğun həyata keçirilməsində dəyişiklik edilib.
Dəyişikliyə əsasən, ekoloji təhlükəsizlik və sanitariya-gigiyena, habelə yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normalarına uyğunluq da əlavə edilib. Belə ki, tikinti işləri ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizlik və sanitariya-gigiyena, habelə yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normalarına uyğun olaraq həyata keçirilməlidir. Eyni zamanda yeni redaksiyaya əsasən, yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. Digər dəyişikliklə tikinti layihələrinin icrası nəticəsində götürülən yaşıllıqların miqdarı, növ tərkibi və bərpa dəyəri haqqında məlumatlar toplanmalıdır: \”Tikintiyə icazədə tikinti ərazisində olan ağacların, kolların və digər yaşıllıqların mühafizəsi tədbirləri nəzərdə tutulmalıdır. Tikinti layihələrinin icrası nəticəsində götürülən yaşıllıqların miqdarı, növ tərkibi və bərpa dəyəri haqqında məlumatlar tikinti layihəsinin ekologiya bölməsinə daxil edilir”.
Dəyişiklikdən əvvəl isə qeyd olunub ki, tikintiyə icazədə tikinti ərazisində olan ağacların, kolların və yaşıllıqların mühafizəsi nəzərdə tutulduqda, həmin ağaclar, kollar və yaşıllıqlar tikinti işləri zamanı müvafiq tədbirlər vasitəsilə qorunmalıdır.
İnterpress.az