Prezidenti Rəcəb Tayyib Ərdoğan, şəxsi təyyarəsi ilə saat 08.20-də Belarusiyanın paytaxtı Minskə yola düşüb. Ərdoğanı Esenboğa havalimanından Ankara valisi Ercan Topaca, Böyükşəhər Bələdiyyə Başçısı Melih Gökçek, İl Təhlükəsizlik Müdiri Mahmud Karaaslan və digər səlahiyyətli şəxslər yola salıb. Prezident Ərdoğan ilə baş nazir köməkçisi Numan Kurtulmuş, xarici işlər naziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybekci, gömrük və ticarət naziri Bülent Tüfenkçi də Belarusiyaya səfər edib.
Görüşlərdə həmçinin iki ölkə əlaqələrinin inkişaf etdirilməsi istiqamətində əməkdaşlıq imkanlarının gündəmə gətirilməsi, bəzi razılaşma və protokolların imzalanması nəzərdə tutulur.
Prezident Ərdoğan, Belarusiya səfəri çərçivəsində Türk-Belarus İş Forumunda çıxış edəcək, Türkiyə Diyanət Vəqfi tərəfindən bərpa edilən Minsk Məscidinin açılışına da qatılacaq.
İnterpress.az