İnterpress.az “Vesti Ru”ya istinadən xəbər verir ki, aktivistlər tərəfindən hazırlanan bannerdə \”Goodbye, killer\” (“Əlvida qatil”) sözləri yazılıb.
Fəallarin sözlərinə görə onlar bu şəkildə Obama ilə vidalaşırlar:
“Biz minlərlə Liviya, Suriya, İraq, Yəmən, Ukrayna vətəndaşlarının ölümünə səbəb olan qatil Obama ilə vidalaşırıq. Onun prezidentliyi dövründə qanlı müharibələrin ardı-arası kəsilmədi. Barak Obama Nobel Sülh Mükafatı laureatına layiq görülməməli idi. Onun yeri yalnız həbsxana olmalı idi. Ona yalnız belə bir yer layiqdir”.
İnterpress.az