“Krediti olan vətəndaş yalnız əmlakı ilə məsuliyyət daşıyır”backend

“Krediti olan vətəndaş yalnız əmlakı ilə məsuliyyət daşıyır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Kreditini ödəyə bilməyən vətəndaşların şəxsiyyət vəsiqəsinin alınmasında yaşanan anoloji problemlə bağlı birr neçə ay əvvəl “Antikollektor” MMC-ə də müraciət olunub.

Bu barədə İnterpress.az-a şirkətin dirketoru Əkrəm Həsənov məlumat verib.

Bununla bağlı vətəndaşa Daxili İşlər Nazirinin adına müraciət yazmaqda kömək etdik. Müraciəti göndərəndən sonra dəvət edib vəsiqəsini verdilər. Bu da onu göstərir ki, sözügedən məsələ üzrə hansısa siyasət yoxdur, sadəcə bəzi məmurların özbaşınalığı ilə üzləşmişik:

“Buna görə də şikayət etmək lazımdır. Yaza bilməyən, heç olmasa 102-yə zəng vurub problemi izah etsin, həll olunacaq. Çünki borca görə şəxsiyyət vəsiqəsinin verilməməsi qanunsuzluqdur. Ən ağır cinayət törətmiş vətəndaşa, hətta vətən xaininə belə şəxsiyyət vəsiqəsi verilməlidir. O ki qaldı kreditə, hər bir şəxs borcunun ödənilməsinə görə yalnız əmlakı ilə məsuliyyət daşıyır. Canı, azadlığı, vəsiqəsi və s. borcuna görə cavabdeh deyil. Bunu başa düşməyən və ya başa düşmək istəməyən məmurlarla isə mübarizə aparmaq lazımdır. Hüquqi dövlət məhz belə qurulur!\”

Gülşanə Mustafayeva
İnterpress.az