İnterpress.az xəbər verir ki, Nəsimi rayon prokurorluğundan bildiriblər ki, faktla bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, ölümün səbəblərinin müəyyən edilməsi ilə bağlı məhkəmə-tibbi ekspertizası təyin edilib.
Hazırda cinayət işi ilə bağlı zəruri istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, noyabrın 10-da axşam saatlarında 1992-ci il təvəllüdlü Nərgiz Axundova doğuş üçün “İnternational Medical Centre” klinikasına müraciət edib. Doğuş zamanı körpə ölüb. (trend)
İnterpress.az