ABŞ pre­zi­dent seç­ki­lə­ri ta­ri­xin­də er­mə­ni lob­bi­si­nin gö­rün­mə­miş səh­vi…backend

ABŞ pre­zi­dent seç­ki­lə­ri ta­ri­xin­də er­mə­ni lob­bi­si­nin gö­rün­mə­miş səh­vi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sa­mir Adı­gö­zəl­li: \”Do­nald Tram­pın xa­ri­ci lob­bi­lə­rin ABŞ si­ya­sə­ti­nə tə­si­ri ilə bağ­lı ve­rə­cə­yi qə­rar er­mə­ni­lə­rin heç də xo­şu­na gəl­mə­yə­cək\”

De­mok­rat­la­rın na­mi­zə­di Hil­la­ri Klin­to­nun üzə­rin­də sürpriz qə­lə­bə qa­za­nan res­pub­li­ka­çı Do­nald Tram­pın bu uğu­ru Er­mə­nis­ta­nı da ya­sa bü­rü­yüb. Xa­nım Klin­ton­dan bö­yük göz­lən­ti­lə­ri olan, seç­ki­lər bo­yu ona \”stav­ka\” edən er­mə­ni lob­bi­si in­di çə­tin si­tu­a­si­ya ilə üz-üzə qa­lıb.

Düz­dür, Er­mə­nis­tan pre­zi­den­ti Serj Sar­kis­yan baş­qa­la­rın­dan ge­ri qal­ma­maq üçün tə­lə­sik Tram­pa yaz­dı­ğı təb­rik mək­tu­bun­da hət­ta utan­maz­ca­sı­na ABŞ li­de­ri­nin Qa­ra­bağ mü­na­qi­şə­si­nin tən­zim­lən­mə­sin­də rol oy­na­ya­ca­ğı­na inan­dı­ğı­nı da qeyd edib. Am­ma öz­lə­ri­nə xa­nım Klin­to­nu da­ha ya­xın he­sab edən er­mə­ni funksi­o­ner­lər və ekspertlər Tram­pın iş­ğal­çı Er­mə­nis­ta­na mü­na­si­bə­ti­nin ne­cə ola­ca­ğı ət­ra­fın­da baş sın­dır­ma­ğa baş­la­yıb.

ABŞ-da güc­lü olan er­mə­ni di­as­po­ru­nun seç­ki kam­pa­ni­ya­sın­da Tramp əley­hi­nə fə­a­liy­yət gös­tər­di­yi­nə da­ir ki­fa­yət qə­dər faktlar möv­cud­dur.

Bu fak­tor gə­lə­cək­də er­mə­ni lob­bi­si ilə ABŞ-ın mü­na­si­bət­lə­ri üçün nə vəd edir?

Bey­nəl­xalq Di­as­por Mər­kə­zi­nin ic­ra apa­ra­tı­nın rəh­bə­ri Sa­mir Adı­gö­zəl­li qə­ze­ti­mi­zə açıq­la­ma­sın­da bil­dir­di ki, ABŞ-ın ye­ni ad­mi­nistra­si­ya­sın­dan er­mə­ni­lə­ri mə­yus edə­cək qə­rar­lar göz­lə­mək olar: \”Hə­min qə­rar­lar ABŞ pre­zi­dentlə­ri­nin se­çil­mə­si­nə tə­sir edən xa­ri­ci lob­bi­lər­lə bağ­lı­dır. ABŞ pre­zi­den­ti lob­bi­lə­rin seç­ki­lə­rə pul ya­tır­ma­sı­nı qa­da­ğan edə­cək.

Mə­lum­dur ki, er­mə­ni lob­bi­si ABŞ-da bö­yük nü­fu­za ma­lik­dir. Ona gö­rə də er­mə­ni lob­bi­si pre­zi­dentlə­rin se­çil­mə­si­nə tə­sir edə bi­lir. ABŞ-da ya­şa­yan er­mə­ni iş adam­la­rı pre­zi­dent seç­ki­lə­rin­də öz na­mi­zəd­lə­ri­nin qa­lib gəl­mə­si üçün kül­li miq­da­ra pul xərclə­yir. Bu faktlar müx­tə­lif vaxtlar­da sə­nəd­lər­lə də təs­di­qi­ni ta­pıb. Lob­bi hət­ta \”er­mə­ni soy­qı­rı­mı\”nı ta­nı­ma­sı ilə bağ­lı ABŞ pre­zi­dentlə­ri­nin qar­şı­sı­na şərt qoy­ma­ğa da cəhd edir. Am­ma pre­zi­dentlər dəs­tək qa­zan­maq üçün \”soy­qı­rım\”ın ta­nın­ma­sı ilə bağ­lı söz ver­sə­lər də, pre­zi­dentlik müd­də­ti ər­zin­də ver­dik­lə­ri sö­zə əməl et­mir. Tə­bii ki, Tramp er­mə­ni lob­bi­si­nin onun əley­hi­nə apar­dı­ğı təb­li­ğat­dan xə­bər­dar­dır.

Bu ba­xım­dan da Do­nald Tram­pın xa­ri­ci lob­bi­lə­rin ABŞ si­ya­sə­ti­nə tə­si­ri ilə bağ­lı ve­rə­cə­yi qə­rar er­mə­ni­lə­rin heç də xo­şu­na gəl­mə­yə­cək. Tramp bun­dan əv­vəl də er­mə­ni­lə­ri na­ra­zı sa­la­caq açıq­la­ma­lar ver­miş­di. O, çı­xış­la­rı­nın bi­rin­də \”Va­şinqton Er­mə­ni Mil­li Konqre­si­nin ma­raq­la­rı­na xid­mət et­mir\” ifa­də­si­ni iş­lət­miş­di. Tram­pın lob­bi­lər­lə bağ­lı ve­rə­cə­yi qə­rar Azər­bay­ca­nın mil­li ma­raq­la­rı ba­xı­mın­dan çox önəm­li­dir.

ABŞ pre­zi­den­ti­nin 100 gün ər­zin­də qə­bul edə­cə­yi qa­rar­lar ara­sın­da bir ne­çə diq­qət­çə­kən mə­qam var. Onun 100 gün­lük si­ya­sə­ti­nin əsas xət­ti­ni Ba­rak Oba­ma­nın döv­rün­də qə­bul edi­lən qa­nun la­yi­hə­lə­ri­nin ləğ­vi təş­kil edə­cək. Tramp Bir­ləş­miş Mil­lət­lər Təş­ki­la­tı­na üzvlük haq­qı ödə­mə­yə­cə­yi­ni bə­yan edib. Hə­min pul­la di­gər so­si­al və iq­ti­sa­di la­yi­hə­lər hə­ya­ta ke­çir­mək niy­yə­tin­də­dir.

Pre­zi­dent Trans-Sa­kit oke­an döv­lət­lə­ri ilə əl­də olu­nan ra­zı­laş­ma­la­rı və Çin­lə bə­zi mü­qa­vi­lə­lə­ri ləğv edə­cək. O, həm­çi­nin, Çin məh­sul­la­rı­na yük­sək ver­gi tət­biq edə­cək. Bu ba­xım­dan da er­mə­ni lob­bi­si­ni yax­şı \”sürpriz­lər\” göz­lə­yir\”.

İnterpress.az