İnterpress.az xəbər verir ki, bu barədə informasiyanı Pakistan mətbuatı özünün etibarlı mənbələrinə istinadən yayıb.
Talibanın belə addım atmasına səbəb Bəlucistan vilayətindəki liderlərindən biri olan Əhmədulla Mutinin həbs edilməsi olub.
Qəzet terrorçuların bundan sonra da hücumlarını davam etdirəcəyini bildirib.
Qeyd edək ki, noyabrın 10-da Taliban Almaniyanın Əfqanıstandakı Konsulluğu qarşısında partlayış törədib.
Nəticədə 6 nəfər həlak olub, 120 nəfər yaralanıb. Bu gün isə NATO-nun Baqram bazasında partlayış törədilib.
İnterpress.az