İnterpress.az \”Ria Novosti\”yə istinadən xəbər verir ki, Mərkəzi Asiyada olan terrorçular avtomat və partlayıcı qurğulardan istifadə etməklə əhalinin sıx olduğu yerlərdə silsilə terror aktları planlaşdırıblar.
FTX-də bildiriblər ki, saxlanılanlardan 4 əldəqayırma partlayıcı qurğu, avtomat silahlar, rabitə vasitələri götürülüb. Onlar İŞİD rəhbərliyi ilə əlaqəli olduqlarını, eləcə də Rusiyada və xaricdə olan silahdaşlarının adlarını açıqlayıblar.
Əməliyyatı Rusiya DİN Tacikistan və Qırğızıstan xüsusi xidmət orqanları ilə birgə həyata keçirib.
İnterpress.az