Bolqarıstanda prezident seçkiləri keçirilirbackend

Bolqarıstanda prezident seçkiləri keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Vesti Ru\”ya istinadən xəbər verir ki, ölkədə səsvermə hüququna malik 6,8 milyon seçicinin səs verməsi üçün 12 mindən çox seçki məntəqəsi açılıb.

Seçkilərin ikinci turunda Bolqarıstan Sosialist Partiyasının rəhbərlik etdiyi təşəbbüs qrupunun irəli sürdüyü Rumen Radyev və hakim “Bolqarıstanda Avropa İnkişafı üçün Vətəndaşlar” Partiyasının və partiyanın koalisiya ortaqlarının dəstəklədiyi Tsetska Tsaçyeva mübarizə aparırlar. Eyni zamanda respublikanın vitse-prezidentlərinin də seçkisi keçirilir.

Mövcud qanunvericiliyə əsasən səsvermədə iştirak məcburi xarakter daşıyır. Ancaq ekspertlər seçicilərinin 50 faizindən bir qədər çoxunun seçki məntəqələrinə gələcəyini proqnozlaşdırırlar.
Səsvermə yerli vaxtla saat 20.00-da (Bakı vaxtı ilə 22.00) başa çatacaq.

İnterpress.az