İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in məlumatında bildirilir.
Məlumatda aksiyalar zamanı iğtişaşların, zorakılıq hallarının baş verdiyi qeyd olunub: “Etirazçılar vaxtaşırı polislə münaqişəyə girir, onlardan bir neçəsi saxlanılıb. Portlenddəki etiraz aksiyası polis tərəfindən qiyam kimi qiymətləndirilib. Həmçinin əcnəbilərə hücum halları qeydə alınıb”, – deyə məlumatda vurğulanıb.
Bununla bağlı Türkiyə XİN-i vətəndaşlarına ehtiyatlı olmağı tövsiyə edib, insidentlər zamanı hadisə barədə polis şöbəsini məlumatlandırmağa çağırıb. (apa)
İnterpress.az