İnterpress.az-ın verdiyi xəbərə görə, Unibanka borcu olan Yardımlı rayon sakini Həsənov Rahil Hüseyn oğlu Yardımlı Rayonu Məhkəməsinin qərarı ilə 20 gün azadlıqdan məhrum edilib. Himayəsində 4 övladı və 1 xəstə anası olan Həsənov Rahil heç bir yerdə işləməməsinə baxmayaraq bank onu həbs etdirib. Rahili Yrdımlı Rayonu Polis İdarəsinə gətirib 10 dəqiqə ərzində məhkəmə qarşısına çıxararaq həbs ediblər. (moderator.az)
İnterpress.az