İnterpress.az xəbər verir ki, bununla bağlı səfirlikdən məlumat verilib.
Bildirilib ki, buna Almaniya konsulluğu və Amerika hərbi bazasına qarşı terror hücumları səbəb olub.
“Təhlükəsizlik tədbirləri ilə bağlı səfirlik müvəqqəti bağlanıb”, – məlumatda bildirilib.
Qeyd edək ki, dünən ABŞ və NATO-nin Baqramdakı hərbi bazasında baş verən terror aktı nəticəsində 4 nəfər həlak olmuş, onlarla insan yaralanmışdı. Cümə günü Əfqanıstanın şimalında Almaniya baş konsulluğuna edilən hücum nəticəsində də 4 nəfər həlak olmuşdu, 120 nəfər isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanalara çatdırılmışdı. Hər iki hücuma görə məsuliyyəti Taliban öz üzərinə götürüb.
İnterpress.az