“Azəriqaz” sayğaclara niyə müdaxilə edir? – ŞİKAYƏTbackend

“Azəriqaz” sayğaclara niyə müdaxilə edir? – ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu barədə İnterpress.az-a neftçilərin hüquq müdafiəçisi Azər Quliyev məlumat verib.

Hüquq müdafiəçisi Səbail Rayon Məhkəməsinin Hakimi Anar Tanrıverdiyevin Hakim kimi savadına və ədalətliiliyinə şübhə etdiyini bildirib. A. Quliyev əlavə edib ki, hakim onun “Azəriqaz”a qarşı iddia tələblərinin qismən təmin olunması barədə qətnamə qəbul edib:

“Sayğacıma “Azəriqaz” tərəfindən qanunsuz müdaxilə olunub. Səlahiyyətləri olmadığı halda mənim xeyrimə 55 manat ödəniş olunmasını qərara alıb. Bu qətnaməni qəbul edərkən kobud qanun pozuntularına yol verən Anar Tanrıverdiyevdən Məhkəmə Hüquq Şurasına, Qətnamədən isə Bakı Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti edəcəm”, deyə- hüquq müafiəçisi bildirib.

Gülşanə Mustafayeva
İnterpress.az