Gəmilərin hər birinin yekun dəyəri 10.5 milyon ABŞ dollarından aşağı olmayacaq. Şirkət gəmilərin eyni zamanda Xəzərdən kanar sularda üzməsini də nəzərdə tutur.
Caspian Marin Servisezdən İnterpress.az-a bildirilib ki, tərəflər gəmilərin alqı-satqısına dair hələki yalnız ilkin razılığa gəliblər. Bu sövdələşmənin tam həyata keçirilməsi istiqamətində danışıqlar aparılır və bir sıra məqamların razılaşdırılmasına ehtiyac duyulur. Anlaşma əldə olunarsa, gəmilərin Xəzər dənizinə çatdırılması üçün müəyyən işlərin görülməsinə ehtiyac yaranacaqdır.
Sözügedən gəmilər bir ildən artıq müddətdir ki, saxlanma vəziyyətinə keçirilmiş, və heç bir əməliyyatlara cəlb olunmamışdır və buna görədə bütün maşın və mexanizmlər sazlanıb işlək vəziyyətə gətirilməlidir. Digər tərəfdən, müvafiq gəmiçilik registri müəyyən edilmiş gəmilərin baş mühərriklərinin icbari cari təmir vaxtı yaxınlaşmaq üzrədir. Odur ki, registrin tələb etdiyi bütün bu kimi işlər müəyyən olunub yerinə yetirilməlidir. Həmçinin, bu tip gəmilərin Volqa-Don su kanalı vasitəsilə Xəzər dənizinə gətirilməsi və kanal boyunca nəqliyyat körpülərinin altından maneəsiz keçirilməsi üçün kapitan körpüsü və dirəklərin sökülməsi, elektrik, kommunikasiya və digər xətlərin kəsilib işarələnməsi məcburiyyəti ilə üzləşməli olursan. Gəmilərin hissələrini yedək və bərələrlə Xəzərə dənizinə çatdırıldıqdan sonra isə kəsilmiş və ayrılmış hissələr müvafiq qaydada birləşdirilib bərpa olunmalıdır. Göründüyü kimi, gəmiləri tam işlək vəziyyətə çardırmaq üçün bir sıra mühüm və texniki cəhətdən mürəkkəb işlər görülmədir. Bu isə həm vaxt, həmdə ki xeyli maliyyə vasaiti tələb edir. Onuda qeyd etmək istərdik ki, qış ayları boyunca Volqa-Don kanalı donduğu üçün, gəmilərin 4 ay müddəıtində Türkiyədə saxlanılması gözlənilir.
Düzdür, CMS şirkətinin rəhbərliyi aparılmış uğurlu danışıqlar nəticəsində gəmilərin aşağı qiymətlə alınmasına nail olub, lakin yuxarıda qeydolunan işləri nəzərə alsaq, ilkin hesablamalara görə, gəmilərin hər birinin yekun dəyəri 10.5 milyon ABŞ dollarından aşağı olmayacaqdır. Şirkət gəmilərin eyni zamanda Xəzərdən kanar sularda üzməsini də nəzərdə tutur.
Xatırladaq ki, 2016-cı ilin noyabr ayında Caspian Marine Services şirkəti tərəfindən Almaniyanın ER Offshore şirkətindən, hər birinin satış qiyməti təxminən 6 milyon ABŞ dolları olmaqla, E.R.Stavanger & E.R. Aalesund adlı iki ədəd platformaların təchizat gəmilərin (PSV – Platform Supply Vessel) alınmasına dair bir sıra kütləvi informasiya vasitələrində (KİV) məlumatlar dərc olunmuşdur.
İnterpress.az