Azərbaycan İsrailin müsəlman dünyası ilə əlaqələrinin möhkəmləndirilməsində əsas rol oynaya bilər.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail televiziyasının 7-ci kanalı yazıb.
Azərbaycan İbrahim razılaşmalarının genişləndirilməsində, İsrailin müsəlman dünyası ilə əlaqələrinin möhkəmləndirilməsində əsas rol oynaya bilər.
Qeyd olunur ki, Bakının bu sazişlərə qoşulması “İsrail və Azərbaycan arasında qarşılıqlı əlaqələri əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Bu da qarşılıqlı siyasi və iqtisadi fayda gətirəcək, o cümlədən Mərkəzi Asiya və Yaxın Şərqdə öz təsirini gücləndirməkdə maraqlı olan ABŞ üçün”.
İbrahim Razılaşmaları Trampın birinci prezidentliyi dövründə imzalanmış İsrail ilə bir sıra ərəb ölkələri (BƏƏ, Bəhreyn, Mərakeş, Sudan) arasında münasibətlərin normallaşdırılmasına dair sazişdir.
Xuraman Etibarlı
İnterpress.az