Parlamentə namizəd olan siyasətçi namizədliyini geri götürmək məcburiyyətində qalıb.
İnterpress.az xəbər verir ki, bu barədə alman mediası məlumat yayıb. Bildirilir ki, Bernd Vogel “Bündnis Deutschland” (Alyans Almaniya) partiyasından parlamentə namizədliyini irəli sürüb.
Lakin yaranmış qalmaqala və “OnlyFans” modelləri üçün etdiyi şərhlərə görə namizədliyini geri götürmək məcburiyyətində qalıb.
75 yaşlı alman siyasətçi “OnlyFans” modellərini sevdiyi üçün seçkilərdən çəkilib.
O, mütəmadi olaraq əsas X hesabından istifadə edərək “OnlyFans” qızlarının şəkillərinə əxlaqsız şərhlər göndərirmiş.
Çərşənbə axşamı axşam siyasətçi hamıdan üzr istəyib:
“Axmaq yazılara görə üzr istəyirəm. Mən federal siyahı üzrə namizədliyimi geri götürürəm və heç bir dairədə namizədliyimi irəli sürməyəcəyəm. Bağışlayın!” – X-də yazıb.
Xuraman Etibarlı
İnterpress.az