85 yaşlı qadın qoçun QURBANI OLDUbackend

85 yaşlı qadın qoçun QURBANI OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Krımda qoç 85 yaşlı qadına hücum edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Fövqəladə hadisə respublikanın Razdolnenski rayonunda baş verib.

Hücumdan sonra rus qadın on qabırğasının sınığı, açıq kəllə-beyin zədəsi və daxili orqanların zədələnməsi ilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, krımlı qadın sağ çıxa bilməyib. KİV qeyd edir ki, qadın son gününə qədər aktiv qalıb və ev təsərrüfatını idarə edib.

Xuraman Etibarlı

İnterpress.az