88 yaşlı qadın hamam süngəri ilə  təsadüfən damarlarını KƏSDİbackend

88 yaşlı qadın hamam süngəri ilə təsadüfən damarlarını KƏSDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

88 yaşlı moskvalı təsadüfən hamam süngəri ilə damarlarını kəsib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Bildirilir ki, Moskvada yaşayan Qalina İvanovna hamam prosedurları zamanı özünü çox səylə süngər ilə sürtüb.

O qədər sərt sürtüb ki, onun damarı zədələnib. Dizlərindən aşağı qan axdığını görən nənə çox qorxub, ancaq ailəni narahat etməməyə qərar verib və özü təcili yardım çağırıb.

KİV-in məlumatına görə, o, varikoz damarlarından qanaxma ilə son anda xəstəxanaya yerləşdirilib. Təqaüdçü artıq sağalır və tezliklə evə buraxılacaq.

Xuraman Etibarlı

İnterpress.az