İnterpress.az saytının yerli mətbuata istinadən məlumatına görə, 14 yaşlı futbolçu Naço Barbera oyun zamanı dünyasını dəyişib.
\”Alsir\” klubunun yeniyetmə oyunçusunun 13-14 yaşlılar arasında keçirilən çempionat matçının gedişində ürəyi dayanıb. Dərhal xəstəxanaya aparılan Naçonu həkimlər xilas etməyi bacarmayıblar. Kapitanın ölümü ilə əlaqədar klubun bütün komandalarının növbəti oyunları təxirə salınıb.
Qeyd edək ki, Valensiya şəhərini təmsil edən \”Alsir\” 1946-cı ildən fəaliyyət göstərir.
İnterpress.az