ABŞ-də QORXUNC QƏZA: Avtomobil estakadadan 30 metr hündürlükdən yerə DÜŞDÜ – VİDEObackend

ABŞ-də QORXUNC QƏZA: Avtomobil estakadadan 30 metr hündürlükdən yerə DÜŞDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də avtomobil estakadadan 30 metr hündürlükdən aşıb.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

ABŞ-də yüksək sürətlə hərəkətdə olan avtomobil estakadadan çıxaraq təxminən 30 metr hündürlükdən yerə çırpılıb.

Havada aşıb çevrilərək aşağı yuvarlanan nəqliyyat vasitəsinin sürücüsü aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Məlumata görə, avtomobilin yoldan çıxmasına başqa bir maşınla toqquşması səbəb olub.

Güclü zərbənin təsirindən idarəetməni itirən maşın qoruyucu sədləri aşaraq aşağı düşüb.

Qəza ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az