İnterpress.az xəbər verir ki, oyundan sonra komandanın baş məşqçisi Samir Abasov istefa verib.
40 yaşlı mütəxəssis qərarını \”Zirə\”yə evdə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra mətbuat konfransında açıqlayıb.
O bildirib ki, bu komandada sonuncu oyunudur:
“Bu, mənim “Sumqayıt”da sonuncu oyunumdur. Belə şərtlərdə işləyə bilmərəm. Çünki “Sumqayıt” sanki reabilitasiya mərkəzidir. Rəhbərliklə danışmamışam. Amma böyük ehtimalla burda qalmayacam”.
İnterpress.az