Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
İnterpress.az-ın məlumatına görə, iclasda aşağıdakı qərarlar qəbul olunub:
Mayın 28-də Azərbaycan Kubokunun final matçı olan \”Keşlə” – \”Qəbələ” oyununda \”Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Oyunun 88-ci dəqiqəsində \”Qəbələ” klubunun 18 №-li futbolçusu İlqar Qurbanov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə edilib.
Oyunun 55-ci dəqiqəsində və 90+3-cü dəqiqəsində \”Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub müvafiq olaraq 800 manat və 1600 manat cərimə olunub.
İnterpress.az