Xalq artisti etiraz etdi: “Verilişlərin səviyyəsi bərbaddır”backend

Xalq artisti etiraz etdi: “Verilişlərin səviyyəsi bərbaddır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Karantində çoxlu qəzəllər, şeirlər oxudum, istədiyim verilişlərə baxdım. Evdə qalmaqdan darıxmadım”.

İnterpress.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Bayramova İTV-də yayımlanan “Gəl qonaq ol!” səhər şousunun canlı yayımına “Skype” vasitəsi ilə qoşularkən deyib.

Sənətçi efirlərə qatılmamasının səbəbini belə şərh edib:

“Son zamanlar efirdə yayımlanan verilişlərin və ora qatılan ifaçıların səviyyəsi aşağı və bərbaddır. Özümü o proqramlarda görmədiyimdən efirlərə çıxmıram. Yalnız sevdiyim verilişlərə gedirəm. Yaxşı proqramlar olsun ki, gedim”.

Xalq artisti mətbəxi sevmədiyini, amma dadlı yeməklər bişirdiyini deyib və çıxışını akapella oxuyaraq yekunlaşdırıb.

İnterpress.az