Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdaki uğursuzluqlardan dolayı narahatlıq içindədir. Dünən erməni xalqına müraciətində Azərbaycan Ordusunun uğurlarını etiraf edən Baş nazir bu gün Təhlükəsizlik Şurasının növbədənkənar iclasını keçirib.
İnterpress.az xəbər verir ki, iclasda Təhlükəsizlik Şurasının üzvlərindən başqa Ermənistanın Prezidenti Armen Sarkisyan, parlamentin sədri Ararat Mirozyan, Baş nazirin aparat rəhbəri Eduard Ağacanyan da iştirak edib. İclas Qarabağdakı mövcud vəziyyət müzakirə edilib.
Siyasi şərhçiləri hesab edir ki, təxribatçı açıqlamaları və davranışları ilə Qarabağda müharibəni alovlandıran Paşinyan və hakimiyyəti hazırda çıxılmaz durumdadır.
Buna baxmayaraq, o son ana qədər mövqeyində israr etməklə biabırçı şəkildə hakimiyyətdən getməsini əngəlləməyə çalışır. Paşinyanın narahatlığı daha çox məğlub Ermənistan ordusu ilə bağlıdır. Baş nazir ehtiyat edir ki, ordu onun siyasətinə qarşı çıxa və hakimiyyətini devirə bilər.
İnterpress.az






