Azərbaycanın Vyetnamdakı Səfirliyinin önündə Gəncə terrorunun qurbanları yad edilib.
İnterpress.az xəbər verir ki, vyetnamlılar terror nəticəsində qətlə yetirilmiş insanların fotolarının qarşısına güllər, şamlar, oyuncaqlar düzüb, xatirələrini anıblar.
Xatırladaq ki, oktyabrın 17-də gecə vaxtı Ermənistan silahlı qüvvələrinin növbəti müharibə cinayəti nəticəsində azı 14 nəfər həlak olub, 48 nəfər yaralanıb.
İnterpress.az