Putin istefa verəcək? – Kremldən AÇIQLAMAbackend

Putin istefa verəcək? – Kremldən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremlin sözçüsü Dmitri Peskov, Rusiya prezidenti Vladimir Putinin vəzifəsini tərk etmək fikrində olmadığını söyləyib.

İnterpress.az Rusiya KİV-nə istinadla bildirir ki, Peskov beləliklə, dövlət başçısının sağlamlıq səbəbi ilə istefası ilə bağlı mediada yayılan şayiələrə münasibət bildirmək istəyini cavablandırıb,

“Bu tamamilə cəfəngiyatdır. Prezident səhhəti ilə bağlı hər şey yaxşıdır”, – Peskov vurğulayıb.

Bundan əvvəl İngiltərənin “The Sun” nəşri, Rusiya liderinin səhhətindəki problemlər səbəbindən istefası barədə xəbər verib.

İnterpress.az